Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlundan 50 min lirə təzminat alacaq.

Unikal.org xəbər verir ki, Ərdoğan Kılıçdaroğluna qarşı açdığı məhkəməni qazanıb. Belə ki, CHP rəhbəri 2018-ci ilin iyulunda Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup toplantısında prezidentlə bağlı bəzi ifadələr işlədib. Ərdoğan şəxsi hüquqlarının pzulması iddiası ilə məhkəməyə şikayət ərizəsi yazmışdı.

Vəkil Hüseyn Aydın Kılıçdaroğlundan 1 milyon lirə təzminat istəsə də, məhkəmə bu məbləği 50 min lirə müəyyən edib.