Dünyanın ən zəngin "playboy"u olaraq tanınan İnstaqram fenomeni Den Bilzerian Amerika prezidenti olmağa iddialıdır.

Unikal.org xəbər verir ki, reper Kanya Vestdən sonra o da, namizədliyini irəli sürəcəyini açıqlayıb.

38 yaşlı fenomen qatıldığı tədbirdə reperi Hillari Klintondan daha yaxşı hesab etdiyini deyərək, özünün də bu posta iddialı olduğunu bildirib.

Bilzerian daha əvvəl də ABŞ prezidenti Donald Trampla foto paylaşaraq, ona olan sevgisini dilə gətirmişdi.

Qeyd edək ki, olduqca lüks həyat sürən Den Bilzerianın əslində nə işlə məşğul olduğu tam olaraq məlum deyil. Onun poker oyunçusu olduğu və sərvətini bu yolla qazandığı təxmin edilir. Poker mütəxəssisi olan Douq Polk isə fenomenin milyonlar qazana biləcək qədər yaxşı oyunçu olmadığını və sərvətinin ona məhkum atasından qaldığını iddia edib.