Goranboyda başa verən qəzada 3 nəfər xəsarət alıb.

Unikal.org-un qafqazinfo-ya istinadən məlumatına görə, hadisə Goran-Goranboy yolunda baş verib.

Belə ki, Şamxal Hüseynovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil idarəetməni itirərək yol kənarına aşıb.

Nəticədə sürücü Ş.Hüseynov və onun sərnişinləri Elşad Pənahov, Məmməd Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan hər 3 yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.