Azərbaycanlı fəal Bəxtiyar Hacıyev Ermənistanın Baş Naziri Nikol Paşinyana Qarabağla bağlı sual ünvanlayıb. 

Unikal.org xəbər verir ki, onlar Paris Sülh Forumunda bir araya gəliblər.

Birinci sualdan sonra Paşinyan qeydlər etmək üçün qələm axtarmağa başlayıb. B.Hacıyev bildirib ki, əgər ona qələm lazımdısa, o özününkünü Paşinyana verə bilər. Baş Nazir əvvəlcə imtina etmək istəsə də, qələmi Hacıyevdən alıb. Bu zaman B.Hacıyev “Bu, Azərbaycandan bir hədiyyədir” deyə söz atıb.

Sonradan Hacıyev sözügedən görüşü və qələm dialoqunu belə şərh edib: “Tədbirə gəlib, qələmi yox idi. Çıxarıb qələm verdim, dedim hədiyyəm olsun. Sonra köməkçilərindən biri qaytardı ki, sağ ol, lazım deyil. Dedim aldıqlarınızın hamısını belə qaytaracaqsınız”.