Məşhur "Motown" səsyazma studiyası 60 illik yubileyini qeyd edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, təntənəli mərasimdə əfsanəvi müğənni Maykl Ceksonun övladları 21 yaşlı Paris ilə 22 yaşlı Prins Cekson da iştirak ediblər. Parisin sevgilisi Qabriel Qlenna da onu tək buraxmayıb. Qırmızı və qara rənglərdən ibarət "qaraçı" tərzində paltar geyinən gənc qız qonaqların diqqət mərkəzində olub.

Gecədə müğənni Beyonsun anası Tina Noulz, aktyor Kris Taker, musiqiçi Layonel Riççi və başqa məşhurlar da iştirak edib.