İmişlidə qatar “VAZ 2106" minik avtomobili ilə  toqquşub.

Unikal.org-un bölgə müxbirinin verdiyi xəbərə görə,  hadisə bu gün İmişli rayonunun ərazisindən keçən Bakı-Horadiz dəmir yol xəttinin 127-ci mənzilində baş verib.

Rayonun Yalavac kənd ərazisində dəmir yol xətti ilə avtomobil yolunun kəsişdiyi keçiddə rayon sakini Niyazəliyev Bayraməli Tofiq oğlunun idarə etdiyi 30-BD-375 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobili qatar vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobili yararsız hala düşüb.

Fakla Bağli araşdırma aparılır.

Kənan Məhərrəmli