ABŞ-ın Ohayo ştatında 30 il öncə baş verən dəhşətli cinayətlə bağlı detallar yenidən mətbuatın gündəminə düşüb. 

Unikal.org xəbər verir ki,  1985-ci ildə ərini soyuqqanlı şəkildə öldürən Linda Couch adlı qadın həyatı və başına gələnlər haqqında "Mirror" qəzetinə müsahibə verib. Qadın 16 yaşında evlənməklə həyatının ən böyük səhvini etdiyini etiraf edib. O qızı Roksanaya hamilə olduğu vaxt hər şeyin dəyişməyə başladığını, ilk günlərdəki xoşbəxtliyinin çox qısa çəkdiyini dilə gətirib. Qadının bildirdiyiə görə, hamilə olarkən əri onu pilləkənlərdən itələyib:

"Bütün həyatımın onun əlində olduğunu söylədi. Hər dəfə ağladığım zaman daha da pis insan olurdu. Kifayət qədər gözəl deyildim, onun üçün əsla yetərli olmadım. Dözümsüz hala düşdüyümü hiss etməyə başladım".

Əri Valterin hər zaman dostlarıyla əyləndiyini hətta gecə onlarla eyni otaqda qaldığını deyən qadın sözlərinə belə davam edib: 

"Gözlərimi açanda ətrafımda dayanmışdılar. Məndən nə istədikləri bəlli idi. Qarşı çıxa bilmədim. Ərim daxil hər kəs tərəfindən təcavüzə uğradım. Gülürdülər. Valter də gülərək izləyirdi". 
O hər gecə təcavüzə məruz qaldığını və hər dəfəsində bu zülmdən qurtulmaq üçün çarə axtardığını da deyib.  Evdən də çıxa bilməyən Linda zülmdən qurtulmanın tək yolunun ərini öldürmək olduğunu anlayıb. 

Bildirilir ki, onu öz silahıyla başından vurub. Daha sonra polisə təslim olmaq əvəzinə başqa planlar qurub. Öncə evin həyətindəki bağda cəsədi basdırıb, daha sonra qaçış planı hazırlayıb. 
Linde əvvəlcə banklardan kredit götürüb, bir neçə dənə kredit kartı çıxartdırıb. Evlərini adına keçirərərk qızıyla tətilə çıxıb. Bir müddət sonra cinayətin üstü açıldıqda qadını ömürlük həbs cəzasına məhkum ediblər. 

İllər ərzində o 6 dəfə apelyasiya şikayəti etsə də hər dəfə rədd edilib. 

Qızı Roxana baş verənlərə görə anasını günahlandırır.  Lindanın sözlərinə görə o 2020-ci ildə yenidən apelyasiya şikayəti edəcək.