Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə keçirir. 

Unikal.org xəbər verir ki, sərgidə universitetin tələbələrinin 36 rəsm və əl işi nümayiş olunur. Onların arasında ən qiymətlisi dəyəri 5 min manatdan baha olan gəmi maketidir. Maketi almaq üçün  sahibinə 5 min manat təklif olunsa da, o, əsərini satmaqdan imtina edib. 

Sərgidə nümayiş olunan bütün əl işi və rəsm əsərləri şifrələnib, qaliblərin seçimi gizli üsulla aparılır.  

 Qaliblərin  mükafatlandırılma mərasimi noyabrın 15-də keçiriləcək.