Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Hərbi Dəniz Qüvvələri (HDQ) qarşıya qoyulan tapşırıqları icra edir.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq HDQ-nin idarəetmə qrupuna müdaxilələr əsasında daxil olan məlumatlar xəritə üzərinə işlənilir.

Təlimə cəlb olunan gəmi taktiki qrupları Xəzər dənizinin əməliyyat zonasında tapşırıqları dəqiq və effektiv icra edirlər.