AVRO-2020-nin seçmə mərhələsində IX tur başlayıb.

Unikal.org xəbər verir ki, turun ilk qarşılaşması Türkiyənin İstanbul şəhərində baş tutub.

H qrupunda mübarizə aparan qonşu ölkənin əsas yığması İslandiyanı sınağa çəkib. Qrupun lideri olan “ay-ulduzlular”ın üstünlüyün şəraitində keçən matçda qol vurulmayıb.

Bu qolsuz heç-heçə Şenol Günəşin yetirmələrinə final mərhələsinə vəsiqə qazandırıb. Xal hesabını 20-yə çatdıran Türkiyə 3-cü pillədəki İslandiya ilə dörd xallıq fərqi qoruyub.