Bakı Apellyasiya Məhkəməsində cərimələnən "M-Kontakt” MMC-nin apellyasiya şikayətinə baxılıb. 

Unikal.org xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, şirkətin apellyasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, "M-Kontakt” MMC reklam haqqında qanunvericiliyin pozulmasına görə 5 min manat inzibati qaydada cərimə edilib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qərarından “M-Kontakt” MMC apellyasiya şikayətə verib, qərarın ləğv edilməsini istəyib. 

Xatırladaq ki, "M-Kontakt” MMC mebel və mebel aksesuarları satışı ilə məşğul olur.