Bakıda Pakistan vətəndaşı həmyerlisinə viza düzəltmək adı ilə dələduzluq edib.

Unika.org xəbər verir ki, Nəsimi rayonunda “Guest” otelin müştərisi Pakistan vətəndaşı Rehman Ziya Feroz Khan həmyerlisi, Bakıda kirayədə yaşayan Ahmed Aziz tərəfindən aldadılıb.

Məlumata görə, A.Aziz viza düzəldəcəyini vəd edərək R.Ziyadan 600 ABŞ dolları alıb. Lakin, o, verdiyi vədə əməl etməyib. 

Bununla bağlı R.Ziya Səbail Rayon Polis İdarəsinə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.