Bakıda 16 yaşlı gənc itkin düşüb.

Unikal.org-un xəbərinə görə, hadisə noyabrın 12-də paytaxtın Binəqədi rayon ərazisində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Əlirza Böyükzadə dostu Fərman adlı şəxslə telefonla danışdıqdan sonra yaşadığı Yasamal rayonu, M.Fətəli küçəsi, ev 11 ünvanından çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Araşdırma zamanı məlum olub ki, Ə.Böyükzadə Fərman adlı dostu ilə metronun "Memar Əcəmi" stansiyasında qatardan düşərkən sıxlıq olduğu üçün bir-birilərini itiriblər.

Faktla bağlı Binəqdir Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.