07 Dekabr 2019
06 Dekabr 2019
Arif Qasımov sakinlərlə görüşdü - FOTOLAR
Arif Qasımov sakinlərlə görüşdü- FOTOLAR CƏMİYYƏT 16:42 2019-11-15

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə sakinlərlə görüşlərin keçirilməsi ilə bağlı tapşırığın icrası məqsədilə və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş “Qəsəbə aylığı” çərçivəsində 14 noyabr 2019-cu il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 201 nömrəli tam orta məktəbdə Keşlə qəsəbə sakinləri ilə görüş keçirib.

Unikal.org xəbər verir ki, görüşdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, xidmət sahələrinin, idarə, müəssisə və təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Sakinlərlə görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Arıf Qasımov bu kimi görüşlərin mütəmadi keçirilməsində məqsədin sakinlərin qarşılaşdığı problemlərin öyrənilməsi və onların tez bir zamanda aradan qaldırılması olduğunu bildirib. Arif Qasımov ölkə başçısısının tapşırığına uyğun olaraq belə görüşlərin tez-tez olacağını və hər bir vətəndaşın haqlı olan sosial problemlərinin həllinə çalışılacağını qeyd edib və sakinlərə bu yöndə aktiv olmalarını söyləyib.

Eyni zamanda, A.Qasımov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Sonra Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyev qəsəbədə görülmüş işlər və sakinləri narahat edən sosial problemlər, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov isə son vaxtlarda Bakı şəhərinin qəsəbələrində keçirilən görüşlərin əhəmiyyətindən və qaldırılan məsələlərin icrası barədə məlumat verib.

Çıxışlardan sonra, sakinlər qəsəbəyə işləyən marşrut xətt avtobuslarının fəaliyyətinin bərpası, içməli su ilə təminat, küçə işıqlarının bərpası, sosial müavinətlərin verilməsi, yolların asfaltlanması, məcburi köçkün kimi evlə təmin olunma, uşaq bağçalarına qəbul və işlə təminat və s. məsələlərlə bağlı müraciət ediblər.
Görüşdə edilən müraciətlər qeydiyyata alınıb, bəzi məsələlər yerində öz həlli tapıb, digərlərinin isə icrası nəzarət götürülərək aidiyyəti təşkilatlara həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. 


  • Arif Qasımov sakinlərlə görüşdü- FOTOLAR
  • Arif Qasımov sakinlərlə görüşdü- FOTOLAR
  • Arif Qasımov sakinlərlə görüşdü- FOTOLAR
  • Arif Qasımov sakinlərlə görüşdü- FOTOLAR
  • Arif Qasımov sakinlərlə görüşdü- FOTOLAR
  • Arif Qasımov sakinlərlə görüşdü- FOTOLAR
  • Arif Qasımov sakinlərlə görüşdü- FOTOLAR