Sultan Dadaşov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Unikal.org-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.  

Sərəncamla Sultan Tofiq oğlu Dadaşov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.