Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev və Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva ABŞ-a səfərləri çərçivəsində Los-Ancelesdə Holokostdan sağ çıxan 92 yaşlı Coşua Kaufman ilə görüşüblər.

Unikal.org xəbər verir ki, görüş onun evində baş tutub.

Görüşdə hər iki şəxsin başlarına gələn işgəncə və təhqirlərə rəğmən soyqırımdan sağ çıxmaqlarının hekayəsi dinlənilib. "Soyqırımlar bir daha hec vaxt təkrarlanmasın!" mesajı verilib.