Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhər ərazisindəki köhnə poliklinikanın yaxınlığında qeydə alınıb.

Rayonun Kürkənd kənd sakini, 1981-ci il təvəllüdlü Əsədov Taleh Hacıbaba oğlunun idarə etdiyi motosiklet hərəkətdə olarkən "Jiquli" markalı avtomobillə toqquşub. Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.