06 Dekabr 2019
05 Dekabr 2019
Bakıda yaşayış binasında yanğın oldu
Bakıda yaşayış binasında yanğın oldu HADİSƏ 00:26 2019-11-16

Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. 

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.