2018-ci ildə İngiltərədən çıxıb Nepala piyada yürüş edən yazar, səyyah 73 yaşlı Rosie Swale Pope  Türkiyəyə çatıb.

Unikal.org xəbər verir ki, 73 yaşlı yazar Nepaldakı uşaqlara kömək etmək üçün bu addımı atdım. Hazırda Türkiyədə olan və Nepala qədər ümumi 6 min 900 kilometri piyada qat etməyi planlaşdıran Pope, istirahət və yuxu problemini isə yol boyunca özü ilə daşıdığı arabada keçirdiyini bildirib. 

Hədəfinin 2021-ci ildə Nepala çatmaq olduğunu söyləyən Pope Türkiyədən sonra Gürcüstana və ordan da Azərbaycana gələcək: "Xəzər dənizinin sahili ilə gedərək, Nepalın paytaxtı Katmanduya çatmaq istəyirəm".