Azərbaycan millisi “AVRO-2020”-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Unikal.org-un  məlumatına görə, Nikola Yurçeviçin baş məşqçi olduğu komanda Uels yığmasını qəbul edib.

“Bakcell Arena”da keçirilən qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşdə ilk qol 10-cu dəqiqəyə təsadüf edib. Küncdən zərbədən sonra Kiffer Mur hesabı açıb.

Qonaq komanda ikinci qolu 34-cü dəqiqədə vurub. Harri Uilson topu boş qapıdan keçirib.

Bu nəticədən sonra Uels millisi 11-ci xalını qazanıb və hələlik üçüncü pilləyə yüksəlib.

Azərbaycan yığması isə 7 oyundan sonra bir xalla sonuncu - beşinci pillədə qərarlaşıb. “E” qrupunun digər matçında Xorvatiya Slovakiyanı qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdəki son oyununu noyabrın 19-da Trnavada Slovakiyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

***22:51

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Uels matçında ikinci hissə başlayıb.

Unikal.org-un məlumatına görə, "Bakcell Arena"da keçirilən oyunda qonaq komanda 2:0 hesabı ilə öndədir.

***21:57

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Uels matçında ilk hissə başa çatıb.

Unikal.org-un məlumatına görə, "Bakcell Arena"da keçirilən oyunda qonaq komanda 2:0 hesabı ilə öndədir.

***21:21

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində Uels ilə görüşdə hesabda geri düşüb. 

Unikal.org-un məlumatına görə, Bakıda keçirilən matçın 10-cu dəqiqəsində qonaqların heyətində Kieffer Mur fərqlənib - 0:1. 

***21:10

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.

Unikal.org xəbər verir ki, “Bakcell Arena”da keçirilən görüşü Almaniyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Deniz Aytekindir.

Milli komandaların start heyətləri də bəllidir:

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k). 3. Şəhriyar Rəhimov. 4. Bəhlul Mustafazadə 6. Bədavi Hüseynov. 7. Araz Abdullayev. 11. Ramil Şeydayev. 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk. 20. Riçard Almeyda, 21. Pavel Paşayev

Uels: 1. Ueyn Hennessi, 4. Ben Deyvis, 5. Kris Mefam. 7. Harri Uilson, 11. Qaret Beyl (k), 13. Kiffer Mur, 14. Tayler Roberts, 15. Etan Ampadu, 16. Tom Lokyer, 18. Co Morrell. 20. Daniel Ceyms.