Deputatlığa namizəd qadın tanışlıq saytı olan "Tinder"də özünə sevgili axtarışına çıxıb.  

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  İngiltərədə "Brexit" partiyasının üzvü, millət vəkilliyinə namizəd və TV ulduzu Mişel Dyuberrinin tanışlıq saytında qeydiyyatdan keçməsi üzə çıxıb. 

Bunu onun izləyiciləri mətbuata sızdırıb.  Maraqlısı ondadır ki, deputatlığa namizəd qadın profilində  təknikahlılığa inandığını və dürüstlüyə əhəmiyyət verdiyini də əlavə edib. Spontan ola bilmək və çox düşünmədən qərar ala bilmək isə Dyuberri üçün əsasdır. 

Qeyd edək ki, ötən ay 40 yaşını tamamlayan Mişel Dyuberri bir neçə gün öncə Hull Vest və Hessledə "Brexit" Partiyasına yeni namizəd olaraq təqdim edilib.

Mişel Dyuberri  "The Apprentice" adlı realiti şouya 2006-ci ildə qatılıb və qalib olub.O bundan sonra Alan Sugarla 100 min sterlinqlik bir iş müqaviləsinə də imza atıb. Bundan sonra mətbuatın gündəminə düşüb.