“Netflix Türkiyə”dəki ikinci orijinal serial  “Atiye”nin ilk frqamanı yayımlanıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Beren  Saatın baş rola çəkildiyi serialın fraqmanı yayımlandıqdan sonra aktrisa Twitter-də gündəm olub. Ona fanatları #BerenSaat həştəqiylə dəstək olublar.

Aktrisa serialın frqamanını Instagram hesabından da paylaşıb. Paylaşıma qısa zamanda minlərlə bəyəni, tərif dolu şərhlər gəlib. 

Serialın ilk bölümü 27 Dekabr tarixində Netflix-də yayımlanacaq.

Rollarda Beren Saatla yanaşı, Mehmet Günsür, Metin Akdülger, Melisa Şenolsun, Civan Canova və başqaları çəkilib.

Ssenariyə gəlincə isə Anadolu torpaqlarında bir qazıntı zamanı edilən kəşf gənc bir rəssamın (Beren Saat) həyatını dəyişdirir, keçmişiylə bağlı sirrlərin ardınca düşməsinə yol açır.