07 Dekabr 2019
06 Dekabr 2019
Beynəlxalq qurumun adı dəyişdirildi
Beynəlxalq qurumun adı  dəyişdirildi İDMAN 14:41 2019-11-18

Bolqarıstanın paytaxtı Sofiyada Avropa Gimnastika İttifaqının (FIG) Baş Assambleyası keçirilib.

Unikal.org Azərbaycan Gimnastikası Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə ölkəni qurumun baş katibi Nurlana Məmmədzadə, İcraiyyə Komitəsinin üzvü Mariana Vasilyeva, federasiyanın beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev və texniki direktoru Natalya Bulanova təmsil edib.

47 üzv federasiyanın iştirak etdiyi Baş Assambleyada bir sıra mühüm qərarlar qəbul edilib. Əsas qərarlar isə gimnastikanın gələcək inkişafı naminə təşkilatın Nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi və qurumun adının dəyişdirilməsidir.

Bundan sonra Avropa Gimnastika İttifaqı “Avropa Gimnastikası” (European Gymnastics) adlanacaq. Bu dəyişiklik isə 2020-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, Avropa Gimnastikasına 2006-2017-ci illərdə AGF-nin baş katibi olmuş, azərbaycanlı Fərid Qayıbov rəhbərlik edir.

Təşkilatın Baş Assambleyasının növbəti iclası isə 2021-ci ilin dekabrında Portuqaliyanın Albufeyra şəhərində keçiriləcək.