Bu gün Bakı Kitab Mərkəzində “Nəsimi ili” çərçivəsində Azərbaycanın tanınmış muğam ifaçısı, Əməkdar artist Fərqanə Qasımovanın ifasında Nəsiminin “Sığmazam” gəzəlinin və eyniadlı musiqili klipin təqdimatı olub.

Unikal.org  qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirə Fərqanə Qasımova “Sığmazam” klipinin ərsəyə gəlməsi səbəblərindən danışıb və bu işi özünə mənəvi borc olaraq reallaşdırdığını söyləyib. O,  bununla “Nəsimi ili”nə öz töhfəsini vermək istədiyini bildirib. Əməkdar artist bu işdə ona dəstək verənlərə minnətdarlığını bildirib.