“Zalsburq” klubunun futbolçusu Erlinq Halandın atası Alf-İnqe Haland İngiltərəyə yollanıb.

Unikal.org xəbər verir ki, norveçli hücumçunun atası “Mançester Yunayted” klubunun bazasına gedib. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Xəbərdə, Alf-İnqenin “qırmızı şeytanlar”ın məşqində olduğu, klubun akademiyasının işini bəyəndiyi bildirilib.

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer “Zalsburq”un hücumçusu Erlinq Halandın qış fasiləsində transfer edilməsini istəyir. Norveçli futbolçu ilə Avropanın nəhəng klubları yaxından maraqlanır.

Onun başqa kluba "satılacağı" gözlənilir. 

Haland bu mövsüm 18 oyuna 26 qol vurub.