Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

Unikal.org xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Dilrubə Vaqifzadə xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. 

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

***16:20

Unikal.org xəbər verir ki, sözügedən məsələ ilə bağlı aparıcı Elçin Əlibəyli münasibət bildirib:

"Xəbər saytları mənə qarşı kampaniyaya başlayıblar! Bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyurlar. Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər! Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracağam!"