Türkiyə-İran sərhədində 3,1 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Türkiyənin Van əyalətindən 94 kilometr şərqdə və İranın Təbriz şəhərindən 165 kilometr qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.