Filmləri ilə xalqın könlündə taxt quran aktrisa Türkan Şorayın qızı Yağmur Ünal  gözəlliyiylə hər kəsi heyran edir. Özəl həyatıyla gündəmə gəlməkdən çəkinən T.Şoray 4 il evli qaldığı həmkarı Cihan Ünaldan olan qızını da kameralardan kənarda böyütməyi üstün tutub. 

Türkan Şoray'ın kızı Yağmur Ünal'a bakın! Güzelliğiyle annesini aratmıyor

Unikal.org xəbər verir ki, indi 35 yaşı olan Yağmur Ünal gözəlliyi ilə anasına oxşayır. Cəsur pozalarıyla da diqqətləri üzərinə çəkən Y.Ünal "instagram"dan uşaqlıq illərinə aid fotolar da paylaşır. 

O ilk və orta məktəb təhsilini tamamladıqdan sonra litseyi İsveçrədə oxuyub. 

Türkan Şoray'ın kızı Yağmur Ünal'a bakın! Güzelliğiyle annesini aratmıyor

Daha sonra Koç Universiteti Sosiologiya bölümündən məzun olub. Universiteti bitirdikdən sonra Nyu-Yorkda media üzrə magistr təhsili alıb. Sonradan Nyu Yorkda  media şirkətlərindən birində altı ay təcrübə keçib və böyük bir reklam şirkətində işləmək üçün İstanbula qayıdıb.

Türkan Şoray'ın kızı Yağmur Ünal'a bakın! Güzelliğiyle annesini aratmıyor

T.Şorayın qızı rəfiqəsi Yasemin Arslan ilə birlikdə bir istehsal şirkəti qurub. Sosial şəbəkədən aktiv istifadə edən Y.Ünalın "instaqram"da 100 min izləyicisi var.