Nəsimi rayonu Mirəli Qaşqay küçəsində vətəndaş yaşadığı binanın damına çıxaraq intihar etmək istəyib.

Unikal.org xəbər verir ki, vətəndaş Daməd Ağayev  yaşadığı binanın Mənzil-tikinti kooperativindən narazı olduğu üçün özünü öldürmək fikrinə düşüb. Bir uşaq atası olan D.Ağayev deyib ki, 2006-ci ildə “Aslan” MTK-ya 45 min manat ödəyərək sənəddə sahəsi 81 kvadrat/metr olan mənzil alıb.

Evinə köçdükdən sonara məlum olub ki, mənzilin real sahəsi 81 kvadrat/metr yox, 68 kvadrat/metrdir. Bundan başqa evində yaşamaq üçün kommunal təchizatda yerində deyil.

İllərdir problemlərin həll edilmədiyini deyən vətəndaş artıq bu cür şəraitdə yaşamaqdan bezdiyini deyib.

Binada mənzil-tikinti kooperativini rəhbərini icra edən şəxs Tahir Manafov isə sualları cavablandırmaq əvəzinə ARB televiziyasının jurnalistinə hücum çəkib.

Bu barədə ətraflı ARB televiziyasının yayımladığı sujeti təqdim edirik: