"Tottenhem”in baş məşqçisi təyin olunan Joze Mourinyonun maaşı açıqlanıb.

Unikal.org "Daily Mail”ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis illik 17.5 milyon avro maaş alacaq.

O, sələfi Maurisio Poçettinodan təxminən iki dəfə artıq qazanacaq. Argentinalı mütəxəssisin maaşı 9 milyon avro idi.