Belçika mənşəli amerikalı aktyor, döyüş sənəti ustası Jan Klod Van Damm Azərbaycanda heykəlinin ucaldılmasına görə minnətdarlığını bildirib.

Unikal.org xəbər verir ki, bununla bağlı aktyor "Facebook" səhifəsində paylaşım edib.

“Heykəltaraş Azad Əliyev tərəfindən Azərbaycanın Vəndam adlı kəndində həqiqi ölçülərə uyğun gələn JCVD (Jan Klod Van Damm) heykəli ucaldılıb. Təşəkkür edirəm", - deyə aktyor qeyd edib.

Jan Klod Van Dam təşəkkürü #Azerbaijan həştəqi ilə paylaşıb.

Xatırladaq ki, Qəbələ rayonunun Vəndam kəndində məşhur aktyor Jan Klod Van Damma abidə qoyulub. Abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.