Nazirlər Kabineti Fərman Salmanov adına təqaüdün verilməsi qaydasını təsdiq edib.

Unikal.org xəbər verir ki, bununla bağlı müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.

"Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 iyul tarixli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə "Fərman Salmanov adına təqaüd”ün verilməsi Qaydası" təsdiq olunub.