Bakıda 37 yaşı qadın 4 ay əvvəl itkin düşüb.

Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi ərazisində baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Vüsalə Mirzəyeva 4 ay əvvəl işə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Noyabrın 21-də isə qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən araşdırma aparılır.