"Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır".

Unikal.org-un xəbərinə görə, bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın yaydığı açıqlamada bildirilib.

O bildirib ki, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar:

"Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər.

Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq".