07 Dekabr 2019
06 Dekabr 2019
Bakıda yaşlı qadını zorlayandan YENİ XƏBƏR
Bakıda yaşlı qadını zorlayandanYENİ XƏBƏR KRİMİNAL 13:41 2019-11-22

Bakıda yaşlı qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Çingiz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Unikal.org "ölkə.az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynin icraatına verilib.

Məhkəmə hazırlıq iclası noyabr ayının 26-na təyin olunub.

Qeyd edək ki, Xətai rayon Polis İdarəsində M.Mehdiyevaya qarşı zorakılıq hərəkətlərinə yol verməkdə şübhəli bilinən Məmmədov Çingiz Binnət oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci, yəni, zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmə maddəsi ilə cinayət işi açılıb.