Noyabrın 21-də Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyasının  yaradılmasının 27-ci  ildönümü münasibətilə tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə çıxış edən ADU YAP ilk ərazi təşkilatının sədri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Hüseynov YAP-ın yaranma tarixi, keçdiyi şərəfli yol və qazandığı möhtəşəm nailiyyətlər haqqında danışıb. Sərraf Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycan tarixinin ən önəmli hadisələri sırasındadır.

ADU-nun rektoru, akademik Kamal Abdulla Yeni Azərbaycan Partiyasının ulu öndər Heydər Əliyev tərəfindən necə çətin bir zamanda yaradıldığını və bununla da Azərbaycan tarixində mühüm bir addımın atıldığını vurğulayıb. Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini təhlil edən rektor vurğulayıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Belə bir vəziyyətdə Azərbaycanın xilası yolunu Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar Ulu öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Qeyd edi ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

Daha sonra çıxış edən ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov bildirib ki, Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.

ADU-nun Sosial məsələlər üzrə rektor müşaviri Ələddin Əliyev qeyd edib ki, 90-cı illərin əvvəllərində hakimiyyət üzərinə düşən vəzifələri yerinə yetirə bilmədilər. Onlar ölkəni və xalqı çox təhlükəli vəziyyətlə üz-üzə qoydular. Yeganə siyasi qüvvə Yeni Azərbaycan Partiyası oldu ki, xalqın arzu və istəklərini həyata keçirdi.

Tədbir partiyaya yeni üzv qəbul olunan şəxslərə partiya vəsiqələrinin verilməsi ilə başa çatıb.