Bakıda təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib.

Unikal.org AFFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ” klubunun üzvü Cavid Məmmədli zədəli olduğu üçün heyətdən çıxarılıb, onun əvəzinə “Səbail”dən Zaman Zamanlı hazırlıq prosesinə dəvət olunub.