07 Dekabr 2019
06 Dekabr 2019
Zelenski ilə Tramp nə vaxt görüşəcək?
Zelenski ilə Tramp nə vaxt görüşəcək? DÜNYA 15:40 2019-11-22

Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında növbəti görüş baş tuta bilər.

Unikal.org xəbər verir ki, bu barədə Vladimir Zelenskinin müşaviri İqor Novikov danışıb.

O bildirib ki, görüş 2019-cu ilin sonu, 2020-ci ilin əvvəli üçün nəzərdə tutulub.

Müşavir qeyd edib ki, impriçment qalmaqalı çox vaxtını aldığı üçün hazırda Trampın praqmatik və məhsuldar siyasətlə məşğul olmağa vaxtı yoxdur:

“Düşünürəm ki, görüş ya ilin sonunda və ya Konqresdə dinləmələrin başa çatmasından sonra - ilin əvvəlində keçiriləcək”.