07 Dekabr 2019
06 Dekabr 2019
Bakıda bu binadan maşınların üstünə kərpic atılır - VİDEO
Bakıda bu binadan maşınların üstünə kərpic atılır -VİDEO HADİSƏ 15:45 2019-11-22

Yasamal rayonunda qəribə hadisə baş verib. 

Unikal.org oxu.az istinadən xəbər verir ki, rayonun Həsən Məcidov küçəsi, 3 ünvanında yerləşən “VİTR- Fitness” fitnes klubun yaxınlığında, “Almaz Park” Yaşayış Kompleksinin qarşısında iki gündə iki avtomobillə ciddi maddi ziyan dəyib.

Hadisə şahidlərinin redaksiyamıza verdiyi məlumata görə, həmin bina sakinlərindən biri avtomobillərin üzərinə kərpic, daş, məişət tullantıları ilə dolu tobalar atır:

“Dünən avtomobili həmin ərazidə saxlamışdıq. Axşam saat 18:00 radələrində avtomobilin üzərinə binadan daş tullayıblar. Avtomobilə maddi ziyan dəyib. Həmin binanın komendantına müraciət etdik.

Onun dediyinə görə, binada yaşayan sakinlərdən biri ilə bağlı tez-tez şikayətlər olur, amma dəqiq heç nə görən, bilən yoxdur. Məsələ ilə bağlı polisə şikayət ərizəsi vermişik. Ümid edirik ki, ciddi şəkildə araşdırılacaq. Çünki həmin yerdən insanlar da keçir. Bu onların həyatı üçün də ciddi təhlükədir”.