07 Dekabr 2019
06 Dekabr 2019
Xalq artisti ona ev verilməməyindən gileyləndi
Xalq artisti ona ev verilməməyindən gileyləndi CƏMİYYƏT 16:19 2019-11-22

“Bəstəkarlar İttifaqının katibi də olmuşam, xalq artistiyəm, ancaq bu gün ən pis ev şəraitində yaşayanlardan biri də mənəm”.

Unikal.org xəbər verir ki, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov APA-ya müsahibəsində bunu  dilə gətirib.

Sərdar Fərəcov qeyd edib ki, məsələylə bağlı dəfələrlə müraciət olunsa da, həllini tapmayıb:

“30 ildir ev növbəsinə dayanmışam və müvəqqəti yaşayış yeri kimi Biləcəri qəsəbəsində, heç bir şəraiti olmayan iki otaqlı evdə yaşayıram. Bunu ara-sıra hardasa dilə gətiririk, amma baxan yoxdu. Bəstəkarlar İttifaqı ən yüksək instansiyaya belə müraciət etmişdi. Mədəniyyət Nazirliyi tərəfindən də cavab verildi ki, vaxtı çatanda mənim məsələmə baxılacaq. Biri var insanın iki-üç yerdə evi ola, oğlu, nəvəsi üçün müraciət edə, biri də var, 30 ildir növbədə ola və şəraitsiz evdə yaşaya”.

Bəstəkar problemin yaradıcılığına təsirsiz ötüşmədiyini söyləyib:

"Sən iki otağın içində yaradıcılıqla rahat şəkildə məşğul ola bilmirsən. Piano çalırsan, qonşu qapını taqqıldadır, yavaş çal. Daş divar deyil, alçipan kimi bir şeydir. Qonşu qapını döyür, bundan sonra da həvəs ölür".