Şəki rayon Baş Şabalıd kənd sakini, 1996-cı il təvəllüdlü Dəyanət Məmməd qızı Məmmədsoy zəhərlənmə əlamətlərilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Unikal.org xəbər verir ki, xəstəyə hansısa dərman preparatı və yaxud iynə düşməyib. Əks təsir nəticəsində isə gənc qız zəhərlənib. Xəstənin vəziyyəti nəzərə alınaraq reanimasıya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.