Gəncə şəhəri ərazisində 4 avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində "Mercedec", "VAZ-2107", "VAZ-2106" və "VAZ-2109" markalı avtomobillərin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib. 

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Qəzanın dəqiq baş vermə səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.