Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Unikal.org-un məlumatına görə“Həzi Aslanov” - "Dərnəgül" istiqamətinə hərəkət edən qatralarda 7-8 dəqiqə gecikmə baş verib. Çoxlu sayda sərnişin stansiyalarda qalıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, saat 08:30-da “Həzi Aslanov” stansiyasında maşinist qatarda nasazlıq ehtimalı ilə əlavə baxış keçirib. Nəticədə qatarların hərəkətində 4 dəqiqə yubanma olub.