UFC üzrə tanınmış idmançı Uolt Harrisin bir ay əvvəl itkin düşən qızının meyiti tapılıb.  

Unikal.org  “CBS 42” dərgisinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 19 yaşlı qızın meyitini Corciya ştatının Meykon şəhərində tapıblar. İtkin düşdüyü gün Ani Blançardla görüşmüş şəxsi polislər şübhəli şəxs qismində saxlamışdılar. Həmçinin, gənc qızın idarə etdiyi avtomobil də polislər tərəfindən aşkar edilmişdi. Avtomobildə zərbə izləri aşkar olunmuşdu.

Uolt Harris ağır çəki dərəcəsində qarışıq döyüş növləri üzrə yarışlarda iştirak edir. 20 peşəkar döyüş keçirən Harrisin hesabında 13 qələbə, 7 məğlubiyyət var.