Tayvan əsilli kanadalı aktyor Qodfri Qao həyatını itirib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər veirir ki, 35 yaşlı aktyor Çində "Chase Me" adlı şou verilişin çəkilişləri əsnasında infarkt keçirib. Qaounun müqavilə ilə bağlı olduğu agentlikdən bildirilib ki, verilişdə bir anda yerə yıxılan aktyor təcili olaraq xəstəxanaya çatdırılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. 

Tayvanda anadan olan və uşaqikən ailəsi ilə birlikdə Kanadaya köçən gənc aktyorun cənazəsinin Taipeiyə göndəriləcəyi bildirilib.