“Qarabağ” klubunun və Latviya millisinin sabiq futbolçusu Andrey Rubin kasıblayıb. Onun maddi durumu çox ağırdır.

Unikal.org xəbər verir ki, bu barədə “Metta” futbol klubunun baş katibi Qirts Mixelsons şəxsi “tvitter” hesabında yazıb. Mixelsons Rubinin yemək almaq üçün pul tapa bilmədiyini bildirib:

“Rubinin milli komandadakı əla karyerasından sonra həyatı enişə doğru getdi. Bir neçə klub və dostları Andreyin əməliyyat olunmasına yardım etdilər. Hazırda Rubin yaşamaq üçün pul tapa bilmir”.

O, keçmiş futbolçunun bank hesabının nömrəsini yazaraq, ona kömək göstərilməsini xahiş edib.

Qeyd edək ki, Rubin Azərbaycanda “İnter” (2008-2010), “Qarabağ” (2010-11) və “Simurq” (2011-2012) kimi klublarda forma geyinib. O, karyerasını 2012-ci ildə bitirib.