Gömrükçülər avtomobildə xeyli miqdarda pirotexniki vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında Gürcüstandan ölkəmizə idarə etdiyi "Opel Vectra" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı nəqliyyat vasitəsinin damından ümumilikdə 2655 ədəd pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.