Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.

Unikal.org xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam klubu İspaniya səfərində qrup lideri “Sevilya”nın qonağı olub və 0:2 hesabı ilə uduzub

Qrupun digər oyununda isə APOEL “Dedelanj”ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra Qurban Qurbanovun komandası qrupda qalıb. Ağdam təmsilçisi son turda qlaib gəlsə, Nikosiya klubu uduzsa belə şəxsi oyunlardakı üstünlüyə görə APOEL qrupu 2-ci pillədə başa vuracaq