Dünən Bakının üzərindən uçan naməlum obyektin balistik raket olduğu deyilir.

Unikal.org-un məlumatına görə, dünən axşam radələrində Bakının üzərindən  böyük işıq halında havadan uçan naməlum obyekt hər kəsin təəccübünə səbəb olub. Sosial şəbəkələrdə sözügedən obyektin Rusiyanın qitələrarası "TOPOL M" ballistik raketi olduğu deyilir. 

Тополь-М, NATO adlandırması (SS-27 "Sickle B") Rusiyanın nüvə başlığı daşıya bilən və dünyanın ən uzaqmənzilli ballistik raketidir.

Qeyd edək ki, dünən Rusiya ölkənin şimalındakı “Plesetsk” kosmodromundan Uzaq Şərqdəki Kamçatkada “Topol-M” qitələrarası ballistik raketi sınaqdan keçirib. Bu barədə dünən Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, “Topol-M” stasionar (şaxta əsaslı) qitələrarası ballistik raketinin sınaqları uğurla həyata keçirilib və raket təyin olunmuş hədəfə çatıb.