Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası mətbuat üçün bəyanat yayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Unikal.org-a daxil olan bəyantada deyilir ki, cari ilin 27-29 noyabr tarixlərində Moskvada Azərbaycan-Rusiya birgə Demarkasiya Komissiyasının səkkizinci iclası keçirilib.

Görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, Komissiyanın 2020-ci il üçün iş planı təsdiq edilib və iclasın protokolu imzalanıb.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.

Birgə Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasının ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixləri diplomatik kanallarla razılaşdırılacaq.